Türkiyəyə F-16 satışı İsveçlə əlaqəli deyil - Blinken
Co Bayden administrasiyası Türkiyəyə F-16 satışı məsələsini İsveçin NATO üzvlüyü ilə əlaqələndirmir.
BUTA.TV xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Co Bayden İsveç Baş naziri Ulf Krisstersonla birgə mediaya açıqlamasında deyib.
O bildirib ki, hər iki məsələdə qısa zamanda irəliləyiş əldə olunmalıdır:
“Türkiyəyə F-16 satışı ABŞ-ın mənafeyinə uyğundur”.