Bakı-Şamaxı-Yevlax yolu birtərəfli bağlandı
Leysan xarakterli yağışlar nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolu birtərəfli bağlanıb.
BUTA.TV xəbər verir ki, güclü külək nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçaydan keçən hissəsində irigövdəli ağac qırılaraq yolun hərəkət hissəsinə düşüb. Nəticədə yolun əsas hissəsi avtomobillər üçün keçilməz olub.
Hazırda yağmurlu hava davam edir.