Ukrayna kəşfiyyat-diversiya qrupunun Kursk vilayətinin Koronevski rayonuna daxil olması barədə məlumatlar yalandır.

BUTA.TV xəbər verir ki, bu barədə regional dövlət qurumu məlumat yayıb.

“Yeni dezinformasiya: Bu dəfə onlar Kursk əhalisinə FTX adından yazır. Panikaya qapılmayın, ayıq-sayıqlığı saxlayırıq”, - deyə bildirilib.

Qeyd edək ki, Rusiya FTX əməkdaşları adından region sakinlərinə Ukrayna kəşfiyyat-diversiya qrupunun ölkə sərhədini keçməsi barədə mesajlar göndərilmişdi.