Rusiyanın genişmiqyaslı hərbi hücumundan bəri Donetsk vilayətinin Baxmut şəhərində 204 vətəndaş həlak olub.

BUTA.TV xəbər verir ki, bu barədə Baxmut meri Aleksey Reva deyib.

O bildirib ki, ölənlər arasında dörd uşaq da var.

Mer əlavə edib ki, savaş başlayandan bəri mina partlayışlarında da 505 vətəndaş müxtəlif xəsarətlər alıb ki, onlardan 17-i də uşaqdır.