Rusiyanın bu şəhərinə bir gündə 850 raket atıldı
Rusiyanın Belqorod vilayətinin Şebekino şəhərinə bir gündə 850-dən çox raket mərmisi atılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Belqorod qubernatoru Vyaçeslav Qladkov deyib.
O bildirib ki, bu rəqəm Ukrayna müharibəsi başlayandan bəri gün ərzində qeydə alınan ən yüksək göstəricidir.
Qubernator dünənə nisbətdə bu günün daha sakit keçdiyini əlavə edib.