Rusiya Belarusa növbəti S-400-ü göndərdi
Rusiya növbəti S-400 zenit-raket kompleksini Belarusa göndərib.
BUTA.TV xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.
“Rusiya ərazisindən Belarus Silahlı Qüvvələrinə S-400 zenit-raket kompleksinin çatdırılması tamamlanıb”, - məlumatda deyilir.