AB-dən təklif: Münaqişənin həlli üçün yardıma hazırıq!
Avropa Birliyi (AB) Qırğızıstan və Tacikistan sərhədindəki münaqişəli vəziyyətin həllində yardım etməyə hazırdır.
BUTA.TV xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarovla Çolpon-Ata şəhərində görüşü zamanı AB Şurasının Prezidenti Şarl Mişel deyib.
“Biz regional təhlükəsizliklə bağlı səyləri dəstəkləməyə hazırıq. Bilirik ki, Tacikistanla sərhəddə gərginlik mövcuddur”, - Mişel bildirib.