Peruda güclü zəlzələ baş verdi
Perunun cənubunda 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
BUTA.TV xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.
Məlumata görə, yeraltı təkanların mərkəzi əhalisinin sayı 4,6 minə yaxın olan Uarankante şəhərindən 11 km qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 2 km dərinlikdə yerləşib.
İtkilər, xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.