İranın Kirmanşah vilayətində 4.7 bal gücündə zəlzələ baş verib.

BUTA.TV xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Yerli vaxtla saat 08:21-də baş verən zəlzələnin episentri yerin 8 km dərinliyində yerləşib.

Tələfat və dağıntılarla bağlı məlumat verilməyib.