Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqi qəbul edib.

BUTA.TV xəbər verir ki, Dolmabaxça sarayında baş tutan görüş saat 15.00-da başlayıb.

Qəbul mətbuata qapalı keçirilir.

Görüşdə bölgədə baş verən hadisələrlə yanaşı, İsveçin NATO-ya üzvlüyü məsələsi də müzakirə ediləcəyi bildirilib.