Türkiyənin Kosovodakı NATO kontingenti üçün əlavə hərbçi göndərməsi qərarına görə minnətdaram.

BUTA.TV xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

Stoltenberq bildirib ki, alyans İsveçin NATO-ya üzvlük prosesi ilə bağlı rəsmi Ankaranın narahat olduğu məqamların fərqindədir:

“İsveç bu narahatlıqları aradan qaldırmaq üçün mühüm addımlar atdı. Biz Ərdoğanla Türkiyə, İsveç və NATO arasında 12 iyunda yenidən görüşün təşkili barədə razılığa gəldik”.