Türkiyədə İstanbuldan havaya qalxan təlim təyyarəsi Aksaray şəhərinin Ortaköy mahalının Kırlı kəndi yaxınlığında boş sahəyə düşüb.

BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, q’za zaman; 2 pilotun yüngül xəsarət alıb.

Qəzaya təlim təyyarəsinin mühərrikində baş verən nasazlığın səbəb olduğu bildirilib.