İranın paytaxtı Tehran şəhərinin meydanlarında reklam lövhələrində İsraili təhdid bannerləri quraşdırılıb.

BUTA.TV xəbər verir ki, bu barədə İran mediası və SEPAH-a bağlı sosial media kanalları məlumat yayıblar.

“Fəttah” raketlərinin təsviri olan reklam lövhələrində onların üzərində fars, ərəb və ivrit dillərində “Təl-Əvivə 400 saniyə” sözləri yazılıb.

Qeyd edək ki, İran “Fəttah” adlı ilk hipersəs raketini bir neçə gün öncə sınaqdan keçirib.