Premyer Liqada yeni mövsümün başlayacağı tarix...
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün start tarixi müəyyənləşib.
BUTA.TV xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, yeni mövsüm avqustun 4-də başlanacaq.
Premyer Liqadan bir gün sonra isə İcraiyyə Komitəsinin qərarı ilə bərpa edilmiş əvəzedicilərin yarışına start veriləcək.
Turnirin püşkatması və digər detallar daha sonra açıqlanacaq.