Ukraynanın Zaporojye vilayətinin Rusiyanın nəzarətində olan Berdyansk şəhərində axşam saatlarında avtomobil partlayıb

BUTA.TV xəbər verir ki, hadisə saat 17:40 radələrində Severnaya küçəsindəki 15 saylı evin yaxınlığında baş verib.

Təcili yardım xidmətləri hadisə yerindədir.

Hələlik hadisə ilə bağlı başqa təfərrüatlar yoxdur, partlayış zamanı kabinədə kimin olduğu da məlum deyil.