Türkiyə polisi İstanbulda İŞİD-ə qarşı növbəti əməliyyatını keçirib.

BUTA.TV xəbər verir ki, əməliyyat çərçivəsində 7 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Onlardan “Ninova (Mosul) Bölgəsi hakimi” Cəlal İsmayıl Əhməd də daxil olmaqla, 4 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Digər 3 nəfərin isə prokurorluqda ifadələri alınır.