İran yeni multikopterini sınaqdan keçirdi
SEPAH 7 kq-a qədər sursat daşıya bilən yeni multikopterin sınaqlarını uğurla keçirib.
BUTA.TV xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Məlumata görə, “Nessa” pilotsuz aparatı 500 metr hündürlükdən mərmi atmaq, eyni zamanda 10-a qədər kiçik ölçülü döyüş sursatı daşımaq və müxtəlif hədəfləri vurmaq qabiliyyətinə malikdir.