İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabiti Səccad Əmiri silahlı qruplaşma üzvləri ilə atışmada öldürülüb.

BUTA.TV xəbər verir ki, bu barədə Kirmanşah vilayətinin siyasi məsələlər üzrə vitse-qubernatoru Əli Şaabani deyib.

“Şəhərin kənarındakı kəndlərdən birində SEPAH döyüşçüləri ilə silahlı cinayətkarlar arasında baş verən toqquşma nəticəsində Səccad Əmiri adlı Bəsic zabitlərindən biri öldürülüb”, - deyə o bildiribç

Vitse-qubernator əlavə edib ki, silahlı cinayətkarların tutulması istiqamətində işlər aparılır.