Bir gündə rusların dörd bölüyü məhv edildi
Ukrayna müdafiəçiləri sutka ərzində Tavriya istiqamətində Rusiya ordusunun dörd bölüyünü məhv ediblər.
BUTA.TV xəbər verir ki, bu barədə “Tavriya” əməliyyat-strateji qoşun qruplaşmasının komandiri briqada generalı Aleksandr Tarnavski deyib.
O həmçinin bildirib ki, gün ərzində qarşı tərəfin 25 texnikası sıradan çıxarılıb.