Qazilərin “bir abbasını” verin – Siyavuş Novruzov
Qazilərin “bir abbasını” verin.
BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, qazilər hər yerdə bizdən müavinətlərin artırılmaısnı istəyir:
“Maliyyə naziri Samir Şərifov, siz burdasız, hamıya pul paylayırsız, nə olar ki, bu qazilərin də “bir abbası”nı verin”.
Millət vəkili reproduktiv sağlamlıqla bağlı məsələnin Azərbaycanda düzgün həyata keçirilmədiyini bildirib:
“Allah kiməsə uşaq verməyibsə, ona süni mayalanma ilə övlad vermək dini cəhətdən də düz deyil. O vaxt Dini Komitənin sədri olanda belə bu qanunun əleyhinə çıxmışam”.