Rusiya Dövlət Dumasının deputatı, Çeçenistan hökumətinin sədr müavini Adam Sultanoviç Delimxanov yaralanıb.

BUTA.TV xəbər verir ki, bu barədə Dövlət Dumasının mətbuat xidməti məlumat yayıb.

“Dövlət Dumasının deputatı Adam Delimxanov yaralanıb, lakin o, sağdır”, - məlumatda deyilir.

Qeyd edək ki, mətbuatda Çeçenistan rəhbəri Ramzan Kadırovun “sağ əli” Adam Delimxanovun ölümü ilə bağlı məlumatlar yayılmışdı.