Bəkir Bozdağa yeni vəzifə verildi
Türkiyə Böyük Millət Məclisinin (TBMM) yeni vitse-spikerinin adı açıqlanıb.
BUTA.TV xəbər verir ki, bu vəzifəni Bəkir Bozdağ icra edəcək.
Qeyd edək ki, B.Bozdağ bu təyinatadək ölkənin ədliyyə naziri vəzifəsində çalışıb. Mayın 14-də keçirilən parlament seçkilərində AKP-dən deputat seçilib.