Priştina ölkənin şimalındakı gərginliyi azaltmaq tələblərinə məhəl qoymadığı üçün Avropa Birliyi Kosovaya qarşı ilkin sanksiyalar hazırlayıb.

BUTA.TV xəbər verir ki, bu barədə “Azadlıq” radiosu diplomatik mənbələrə istinadla məlumat yayıb.

Bildirilir ki, sanksiyalara Kosovanın yüksək səviyyəli tədbirlərdə iştirakı və Avropa Birliyi və üzv dövlətlərdən ikitərəfli səfərlər üçün dəvətlərin dayandırılması daxildir.