Rusiyada futbolçu oyun zamanı öldü - Video
Rusiyada futbolçu oyun zamanı vəfat edib.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, faciə iyunun 13-də Samara vilayətindəki “Trud” stadionunda baş verib.
Həvəskarlar arasında keçiriln Toqliatti futbol liqasının oyununda "Xali-Qali" komandasının kapitanı Qleb Berezovskinin əvəzləmədən sonra səhhətində problem yaşanıb. 29 yaşlı futbolçu qazona yıxıldıqdan dərhal sonra dünyasını dəyişib.