Bakıda Qoşulmama Hərəkatının iclası olacaq
İyulun 5-6-da Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər iclası baş tutacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının saytında məlumat verilib.
Bildirilib ki, iclas “Qoşulmama Hərəkatı: yaranan çağırışlara qarşı vahidlik və sarsılmazlıq” mövzusuna həsr ediləcək.