ABŞ-dan separatçılara çağırış: Bakı ilə razılaşmasaz...
ABŞ Qarabağdakı separatçıları Azərbaycanla görüşməyə çağırır, əgər qondarma qurum bu çağırışdan imtina edərsə, Bakının anti-terror əməliyyatı keçirəcəyi bildirilir.
BUTA.TV xəbər verir ki, bu barədə RİA Novosti Vaşinqtondakı diplomatik mənbəyə istinadən məlumat yayıb.
"Vaşinqton ultimatum formasında Qarabağ nümayəndələrini (separatçıları-red.) Azərbaycan tərəfi ilə yaxın gələcəkdə amerikalı kuratorun iştirakı ilə üçüncü ölkədə görüşə razılaşmağa çağırır. Məqsəd ABŞ-ın bölgəyə daxil olmasıdır", - o bildirib.
Mənbə qeyd edib ki, Amerikanın sülhməramlı təşəbbüsünü Qarabağdakı separatçılara qondarma rejimin "xarici işlər naziri” Sergey Kazaryan çatdırır:
"Onun maraqları Azərbaycanın maraqlarına tam uyğundur”.