AB bu qədər ukraynalı hərbçi yetişdirdi - Borrell
AB ölkələri 24 min ukraynalı əsgərin təlimini başa vurub.
BUTA.TV xəbər verir ki, bu sözləri Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.
O həmçinin bildirib ki, AB bu ilin sonuna kimi daha 15 min döyüşçü hazırlayacaq.