Qarakilsədə un dəyirmanının direktoru özünü güllələdi
Ermənistanın Böyük Qarakilsə (Vanadzor - red.) rayonunda un dəyirmanının icraçı direktoru odlu silahdan istifadə edərək intihar edib.
BUTA.TV xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Cəsəd park edilmiş “Ford Transit” markalı avtomobildə tapılıb.
Faktla bağlı cinayət işi başlanıb.