Türkiyənin İzmir vilayətinin Urla ilçəsi sahillərində polisin qayığa təşkil etdiyi əməliyyat zaman xaricə qanunsuz yollarla qaçmağa çalışan 8 nəfər yaxalanıb.

BUTA.TV Türkiyə mediasına istinadən xəbər verir ki, Polşa bayrağı altında üzən “Gəzgin” gəmisində baş tutan əməliyyatda saxlanılanlar arasında qiyamçı polkovnik, FETÖ-çu Uzay Şahinin də olduğu məlum olub.

Bildirilib ki, Uzay Şahin çevriliş cəhdi gecəsi (2016-ci il, 15 iyul) Qəhrəmanmaraşdan İstanbula gələrək prosesdə aktiv iştirak etmişdi. Lakin qiyamın uğursuzluğu səbəbindən uzun müddətdir ki, hüquq-mühafizə orqanlarından gizlənməyi bacarmışdı.