Goranboy Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini Anar Tofiq oğlu İmanquliyev vəzifəsindən azad olunub.

BUTA.TV xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin əmrinə əsasən, Anar İmanquliyev Sabirabad Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin olunub.

DİN mətbuat xidmətinin regional qrupu faktı təsdiqləyib.