Bu yolda nasaz maşın sıxlığa səbəb oldu
Bakıda avtomobil yolda nasaz qalıb, sıxlıq müşahidə olunur.
Bu barədə BUTA.TV-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Tiflis prospektindən üzü 20 Yanvar metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur. Buna səbəb isə həmin istiqamətdə yolda nasaz nəqliyyat vasitəsinin qalmasıdır.
Sıxlığın aradan qaldırılması üçün əraziyə yol polisi cəlb olunub.