Yalnız bir zənglə sülhə nail olmaq mümkündür.

BUTA.TV xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak Tvitrerdə səhifəsində yazıb.

O qeyd edib ki, sülh üçün Rusiya qoşunlarının xarici ölkənin suveren ərazisindən çıxarılması barədə əmr verməsi kifayətdir:

“Bundan sonra isə danışa bilərik”.

M.Podolyak, həmçinin, bildirib ki, Rusiyanın qanadlı və ballistik raketlərlə Ukraynaya hücumlarını davam etdirdiyi bir vaxtda sülh və dialoq çağırışları ikiüzlü təbliğatdan başqa bir şey deyil.