Ötən gecə ruslar Ukraynanın Xerson vilayətini artilleriya atəşinə tutub.

BUTA.TV xəbər verir ki, bu barədə Xerson vilayət administrasiyasının rəhbəri Aleksandr Prokudin məlumat verib.

O bildirib ki, Rusiya ordusu gün ərzində minaatan, artilleriya, “Qrad” və PUA-larla Xersondakı yaşayış məntəqələrini, təhsil, inzibati və ticarət müəssisələrinin binalarını hədəfə alıb.

Nəticədə 2 nəfər həlak olub, 25-i isə yaralanıb.