Hava şarı havaya qalxarkən alışdı: yaralılar var
İsveçrənin Sürix şəhəri yaxınlığında turistlərin olduğu hava şarı havaya qalxarkən alışıb.
BUTA.TV xəbər verir ki, bu barədə “ABC Nyus” məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində 7 nəfər yaralanıb. Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Yanğının hansı səbəbdən baş verməsi araşdırılır.