Müdafiə sənayesi şirkətlərinin ixrac dəyərləri açıqlandı
Türkiyə müdafiə sənayesi şirkətlərinin ötən il üçün ixrac dəyərlərinin sırası elan olunub.
BUTA.TV "TurkicWorld"a istinadən xəbər verir ki, siyahıda birinci sırada "Baykar" şirkəti yer tutur.
Siyahı aşağıdakı kimidir:
"Baykar" - 1.171 milyard dollar
TUSAŞ – 594.2 milyon dollar
ASELSAN – 222.5 milyon dollar
ROKETSAN – 88.6 milyon dollar
Məlumat üçün qeyd edək ki, 2021-ci ildə "Baykar" 532.1 milyon dollar, TUSAŞ 234.8 milyon dollar, ASELSAN isə 107.3 milyon dollar çox ixracat həyata keçirib.