Ukrayna Vardanyanı qara siyahıya saldı
Qarabağ separatçılarının keçmiş “dövlət naziri” Ruben Vardanyan Ukraynanın qara siyahısına əlavə edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Ukrayna KİV-i qeyd edib ki, Ruben Vardanyan Kremlin Xəzər regionundakı ruporudur:
“Məhz onun Azərbaycanın Qarabağ ərazisində münaqişənin daim qızışdırılması ilə birbaşa əlaqəsi var".