Alman prezidentdən erməni həmkarına Xankəndi mesajı...
Ermənistan prezidenti Vaaqn Xaçaturyan Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə görüşüb.
BUTA.TV Qlobalinfo.az-a istinadən xəbər verir ki, görüş Berlin şəhərində baş tutub.
Tərəflər Cənubi Qafqazdakı vəziyyət və Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsini müzakirə ediblər.
Almaniya prezidenti İrəvan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınmasının vacibliyini qeyd edib və bunu münasibətlərin normallaşdırılması üçün əhəmiyyətli addım adlandırıb.