Türkiyənin Malatya vilayətində 4,6 bal gücündə zəlzələ baş verib.

BUTA.TV-ınn məlumatına görə, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata əsasən, zəlzələnin episentri Pütürge rayonunda yerləşib. Yeraltı təkanların ocağı 7,06 kilometr dərinlikdə olub.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.