Tatarıstanda dəhşət: Ev yandı, bütün ailə məhv oldu
Rusiyanın Federasiyanın Tatarıstan Respublikasında fərdi yaşayış evində baş vermiş yanğından sonra dağıntılar altından dördü uşaq olmaqla 7 nəfərin meyiti tapılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin respublika üzrə Baş İdarəsi özünün Teleqram kanalında məlumat yayıb.
Ümumilikdə evdə 8 nəfər yaşayırmış.
Yanğının hansı səbəbdən baş verdiyi açıqlanmır.