Ermənistan Azərbaycana qarşı olan təcəvüzkar mövqeyinə son qoymalıdır.

BUTA.TV TurkicWorld-a istinadən xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik bildirib.

O qeyd edib ki, Türkiyə Prezidentinin and içmə mərasiminə Ermənistan Baş nazirinin dəvət edilməsi münasibətlərin normallaşmasına töhfə verə bilər.

"Türkiyə Cənubi Qafqazda sülhün və istiqrarın olmasını arzu edir", - Çelik vurğulayıb.