Türkiyədə minimum əmək haqqının 11 min lirədən çox olacağı gözlənilir.

BUTA.TV xəbər verir ki, bu barədə “Hürriyyət” qəzetinin yazarı Abdulkadir Selvi deyib.

O bildirib ki, Qurban bayramı öncəsi Türkiyə lideri Ərdoğanın minimum maaşla bağlı qərarına hazırlıqlar görülür:

“Maaşların 25-35% artırılması barədə müzakirələr gedir. Məndə olan məlumata görə, 11 mn lirədən çox olacaq”.

Qeyd edək ki, Türkiyədə minimum əmək haqqı hazırda 8,5 min lirədir.