Türkiyədə Mersin vilayətinin Tarsus rayonunda sərnişin avtobusu yük maşını ilə toqquşub.

BUTA.TV xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

Qəza nəticəsində 1 nəfər ölüb, 28 nəfər yaralanıb.

Xəsarət alan TIR sürücüsü və avtobusda olan 27 sərnişin təcili tibbi yardım maşınları ilə ətrafdakı xəstəxanalara aparılıb.