Solovyov Ukrayna əsgərinə “çağırış” etdi
Rusiyalı aparıcı Vladimir Solovyov efirdə olarkən səyyar radio kompleksi vasitəsilə Ukrayna hərbçilərinə mesaj göndərib.
BUTA.TV xəbər verir ki, o, Ukrayna ordusunun döyüşçülərinə müraciətində təslim olmağı təklif edib:
“Danışır Moskva! Mən Vladimir Solovyov, sənə müraciət edirəm, de görüm, ukraynalı əsgər, babanı öldürən alman texnikasına dəyər verirsən? Özünə gəl. Təslim ol!”