Bu gündən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb.

Elm və Təhsil Nazirliyindən BUTA.TV-a bildirilib ki, sertifikatlaşdırma prosesinin test mərhələsində Salyanın Salman Cəfərova adına Yenikənd orta məktəbinin müəllimi Flora Dünyamalıyeva və paytaxtın 2 saylı tam orta məktəbinin müəllimi Şahinə Məmmədova 60 bal toplayaraq günün ən yüksək nəticəsini göstərib.

Qeyd edək ki, iyunun 20-23-də ölkə üzrə 20 minə yaxın təhsilverən ibtidai sinif, iyunun 24-də isə 8 500-dən çox təhsilverən Azərbaycan dili və ədəbiyyat üzrə test imtahanı mərhələsinə cəlb ediləcək.

Ümumilikdə sertifikatlaşdırma prosesinin ilk mərhələsinə 28 mindən çox müəllim dəvət olunub.