Qoxunu azaldan və sağlamlıq üçün müxtəlif faydaları olan sumaq, turşluğu ilə qidaların daha uzun müddət saxlanmasına kömək edir. Bəs, onun faydaları nədir?

BUTA.TV sumağın bilmədiyimiz faydalarını təqdim edir:

- Qanda insulinin miqdarını tarazlaşdırır;

- Antioksidant təsiri sayəsində yuxarı tənəffüs yolları xəstəliklərində anidən yaranan yüksək hərarəti salaraq beyin sağlamlığını qoruyur;

- Həftədə bir stəkan sumaq şirəsi sinir sistemində deformasiyaya uğramış hüceyrələrin sayını azaltmaqla sağlam hüceyrələrin artmasına kömək edir. Həmçinin yorğunluq, stress və depressiya kimi xəstəliklərin yaşanma riskini azaldır;

- Qida zəhərlənməsi zamanı sumaq ədviyyatını qaynadıb bir stəkan içmək faydalı olacaq. Həm mədənizi, həm də bağırsaqlarınızı təmizləyir, sidik və defekasiya ilə zəhərlənməyə səbəb olan zərərli bakteriyaları təmizləyir;

- Həzmi tənzimlədiyi üçün arıqlamaq istəyənlər sumaq şirəsindən istifadə edə bilər;

- İştahsızlıq problemi olan uşağınızın ayda bir dəfə sumaq şirəsi içməsi də faydalıdır. Həm uşağınızın bədən müqavimətini artırır, həm də iştahını açaraq daha sağlam yeməsinə kömək edir.