İranda saxta içkidən ölənlərin sayı artdı
İranın Əlburz əyalətində saxta içkidən zəhərlənənlərin sayı 182-yə çatıb.
BUTA.TV xəbər verir ki, bu barədə əyalətin Tibb Elmləri Universitetinin rəhbəri Şəhram Sayadi bildirib.
Onun sözlərinə görə, metanoldan zəhərlənənlərin sayı 182-yə, ölənlərin sayı isə 15 nəfərə çatıb.
Məlumata əsasən, hazırda beş nəfər reanimasiyadadır. Odur ki, ölənlərin sayının artacağı istisna edilmir.