Rusiya iki dəfə Ukrayna Baş Kəşfiyyat İdarəsinin binasını partlatmağa və Budanovu öldürməyə cəhd edib.

BUTA.TV xəbər verir ki, bu barədə “Ekonomist” məlumat yayıb.

“Sonuncu dəfə mayın 29-da ballistik, qanadlı raketlər və dronlarla hücum edildi. Az qalmışdı Baş Kəşfiyyat İdarəsinin binası vurulsun, amma uğursuz oldu”, - məlumatda qeyd olunub.

Nəşrin məlumatına görə, kəşfiyyatın binasına ilk hücum ötən ilin martında olmuşdu.