Rusiyaya məxsus daha bir helikopter vuruldu
Bu gün ukraynalı əsgərlər Rusiyaya məxsus Mi-24 helikopterini vurublar.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.
"Yaxşı xəbər. Bu gün nahardan sonra əsgərlərimiz Rusiyanın Mi-24 helikopterini vurdular. Biz dözüb qalib gələcəyik!" - Baş Qərargah qeyd edib.