Ərdoğan Kalınla görüşdü, təfərrüat bəlli deyil
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Kəşfiyyat İdarəsi (MİT) sədri İbrahim Kalını qəbul edib.
BUTA.TV xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezident Administrasiyası yayıb.
Qeyd olunub ki, Ərdoğan Kalını Prezident Sarayında qəbul edib.
Görüşdə müzakirə edilən məsələlər barədə məlumat verilməyib.