Çinin şimalındakı Ninxia-Huey muxtar rayonunda restoranda baş verən partlayış nəticəsində azı 31 nəfər ölüb, daha 7 nəfər yaralanıb.

BUTA.TV xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Hadisəyə səbəb qaz sızması olub.

Bütün zərərçəkənlər xəstəxanaya çatdırılıb, onlardan birinin vəziyyəti olduqca ağırdır.

Partlayış yerində polis işləyir.